Bank Of Baku

Coğrafiya İnstitutu: Azərbaycan ərazisinin təqribən 25-26 faizi  potensial sürüşmə zonasıdır

Coğrafiya İnstitutu: Azərbaycan ərazisinin təqribən 25-26 faizi  potensial sürüşmə zonasıdır
# 07 oktyabr 2013 13:52 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, bu gün ölkənin ən azı 25-26%-i sürüşmə ehtimalı olan ərazilərdir. E.Əlizadə ölkə ərazisində sürüşmələrin əmələ gəlməsi üçün təbii şəraitin olduğunu da qeyd edib.

 

Şöbə müdiri deyib ki, hazırda Coğrafiya İnstitutu tərəfindən Elmin İnkişafı Fondunun qrantı hesabına Şamaxının Muğanlı ərazisindəki ən fəal sürüşmə zonasında irimiqyaslı tədqiqatlar aparılır: “Bu tədqiqatlar yaxın 2 ay ərzində yekunlaşacaq. Tədqiqatların aparılması üçün müəyyən hava şəraiti və mövsüm olmalıdır. Ərazidə aparılan dəqiq tədqiqatlar başa çatdıqdan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR