Bank Of Baku

Dağ kəndləri əhalisinin içməli su təchizatı ilə bağlı tədbirlər görülür

Dağ kəndləri əhalisinin içməli su təchizatı ilə bağlı tədbirlər görülür
# 10 oktyabr 2013 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2010-2013-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Lerik rayonu ərazisində çat məsamə tipli şirin və az minerallaşmaya malik yeraltı su mənbələrinin axtarışı və ehtiyatlarının ilkin qiymətləndirilməsi məqsədilə kompleks tədqiqatlar həyata keçirilib.

 

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, tədbirlər nəticəsində rayonun Anzolu, Monodigah, Qələbin, Siyov, Soru, Əliabad, Gürdəsər və Lerik yaşayış məntəqələrində dərinlikləri 150-160 metr olan 8 axtarış-kəşfiyyat quyusu qazılıb. Qazılmış bu axtarış-kəşfiyyat quyularından müsbət nəticələr alınmış, geofiziki və hidrogeoloji tədqiqatlar aparıldıqdan sonra su nümunələri Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzinin laboratoriyasında tam kimyəvi analiz olunub və suların keyfiyyətinin beynəlxalq standartların (içməli su) tələblərinə cavab verdiyi müəyyənləşdirilib. Bu yaşayış məntəqələrində qazılaraq istismara hazırlanmış su quyuları təmənnasız olaraq yerli əhalinin istifadəsi üçün təhvil verilib. Hazırda həmin kəndlərin əhalisi etibarlı keyfiyyətə malik ekoloji cəhətdən saf yeraltı su mənbələrindən istifadə edir.


2014-cü ildə bu istiqamətdə tədqiqatlar Yardımlı rayonu ərazisində davam etdiriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR