Bank Of Baku

Daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib - FOTO

Daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib - <span style="color: red;">FOTO
# 20 avqust 2013 15:17 (UTC +04:00)

Bakı – APA. Avqustun 20-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov qeyd edib ki, hazırda respublikanın daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən sıravi kiçik rəis heyətinin isə 51 faizini gənclər təşkil edir. Təkcə bu ilin ötən dövrü ərzində 1084 nəfər gənc polis sıralarına qəbul edilərək işlə təmin edilib. Bu gün daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc isə dövlət qulluğunda polis kimi fəaliyyətə məhz peşə hazırlığı kursu keçdikdən sonra başlayacaq.

 

Nazir çıxışının sonunda polis sıralarına yeni qəbul edilmiş əməkdaşlara öz tələb və tövsiyələrini çatdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR