Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Səbail rayon İcra Hakimiyyəti və «Çağ» Öyrətim Mərkəzi ilə birgə uşaqlar üçün növbəti hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil edəcək. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova məlumat verib.
T. Məmmədovanın sözlərinə görə avqustun 1-də başlayacaq yay düşərgəsi 15 gün davam edəcək.
Quba rayonunda təşkil olunan yay düşərgəsində iştirak edən uşaqların tarixi yerlərə və Daxili Qoşunların hərbi hissəsinə ekskursiyaları təşkil olunur. Düşərgə iştirakçılarının bütün təminat və təchizatı hər iki qurum tərəfindən həyata keçirilir.