Bank Of Baku

DMX Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması ilə əlaqədar Rusiya tərəfi ilə əməkdaşlıq etmək niyyətindədir

DMX Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması ilə əlaqədar Rusiya tərəfi ilə əməkdaşlıq etmək niyyətindədir
# 23 aprel 2014 14:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. Azərbaycanın Dövlət Miqrasiya Xidməti xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması ilə əlaqədar Rusiya tərəfi ilə əməkdaşlıq etmək niyyətindədir.

 

Bu məqsədlə yaxın zamanlarda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Rusiyaya səfər edəcəklər.

 

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumunda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib.

 

Onun sözlərinə görə, müvafiq müqavilə ötən il Türkiyə ilə də imzalanıb.

 

P. Musayev ümumilikdə miqrasiya məsələlərindən danışarkən 2013-cü ildə bu sahə ilə bağlı 650 mindən çox müraciətin daxil olduğunu deyib.

 

"Bir il müddətində 12 mindən artıq əcnəbiyə Azərbaycanda işləmək icazəsi verilib. 50 mindən çox xarici vətəndaşa ölkədə müvəqqəti yaşamaq icazəsi verilib. Eyni zamanda 4 mindən artıq əcnəbi miqrasiya qanunlarını pozsa da, ölkədə qohumlarının olması və digər məqamlar nəzərə alınaraq onların burada yaşaması leqallaşdırılıb”, - deyə P. Musayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR