Bakı. Könül Kamilqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) iyulun 9-da keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynal Zeynalova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz fəaliyyət göstərən "heyvan kəsim sexi"indən götürülən sinənin siqmental hissənin skeletinin hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
DBX-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyanın iştirakı ilə həmin skeletə orqonoleptik baxış keçirilib və anatomik quruluşuna görə skeletin ata məxsus olduğu müəyyənləşdirilib. Qabırğaların nazik, kənarlarının küt qövsvarı, uc hissəsinin sivri şəkildə olması nümunənin ata məxsusluğunun göstəricisidir. Ərazi nəzarətdə saxlanılır.
Faktla bağlı hüquq-mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.