Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Ağdaş rayonunda aşkarlanan at əti sexi ilə bağlı məlumat yayıb - APA TV

Dövlət Baytarlıq Xidməti Ağdaş rayonunda aşkarlanan at əti sexi ilə bağlı məlumat yayıb - <span style="color: red;">APA TV
# 10 iyul 2013 08:32 (UTC +04:00)

Xidmətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-da xidmətin keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynalov Zeynala məxsus fərdi yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərən “ət kəsim sexi” aşkarlanıb və uzun müddət atların kəsiminin aparıldığı müəyyən edilib. 


Xidmət əməkdaşlarının keçirdiyi reyd nəticəsində əməli ortaya çıxan ev sahibi etiraf edib ki, o, sifarişlərə uyğun atları Bərdə və Ağdaş rayonlarının heyvan bazarlarından ucuz qiymətə alaraq kəsib müştərilərə satıb. Reyd zamanı həyətdə 11 baş sağlamlığı şübhə doğuran at və baytarlıq-sanitariya tələblərinə cavab verməyən at tövləsi, gizli kanalizasiya xətti, təzəcə əti çıxarılmış atın yuxarı ətraflarının skeletləri, at sümükləri ilə dolu ərazi də aşkarlanıb. O cümlədən, kustar üsulla düzəldilən və kəsilən ətlərin saxlanılması üçün soyuducu, tərəzi, ətin sümükdən çıxarılması üçün alətlər, qarmaq, stol və avadanlıqlar aşkarlanaraq tərtib olunan akt əsasında qeydiyyata alınıb.

 
Qəsəbə icra nümayəndələrinin iştirakı ilə aşkarlanmış at sümükləri araşdırılmaq üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. 


Faktla bağlı hüquq-mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR