Bank Of Baku

Dövlət Kino-Foto Sənədləri Arxivinə Bakı Dövlət Sirkinin fəaliyyətini əks etdirən fotosənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə Bakı Dövlət Sirkinin fəaliyyətini əks etdirən fotosənədlər daxil olub
# 11 fevral 2013 08:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə Bakı Dövlət Sirkinin 1977-1988-ci illəri əhatə edən fəaliyyətini əks etdirən 2682 saxlama vahidi fotosənədlər (neqativlər) daxil olub. Arxivdən APA-ya verilən məlumata görə, fotosənədlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov tərəfindən arxivə təhvil verilib. Nüfuzlu sirk kollektivlərinin Bakı Dövlət Sirkinin səhnəsində yaratdıqları tamaşaların yadda qalan səhnələrini əks etdirən fotosənədlər 32 tamaşanı əhatə edir.

 

Hazırda arxivdə fotosənədlərin məzmununun açıqlanması hazırlanır və Milli Arxiv Fonduna qəbulu sənədləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR