"Ailənin qorunub saxlanması Dövlət Komitəsinin əsas məqsədidir".
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, ailəni qorumaq üçün mexanizmlər yaradılmalıdır: "Beynəlxalq təcrübəyə əsasən məişət zorakılığının baş verdiyi ailələrə sosial işçilər tərəfindən yardımlar edilir və həmin ailələrdə güclü psixoloqlar fəaliyyət göstərir. Bu kimi hallar münaqişəli ailədə tərəflərin barışmasına yardım edir", - deyə H. Hüseynova qeyd edib.