Bank Of Baku

Dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqənin müsahibə mərhələsi başlayıb

Dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqənin müsahibə mərhələsi başlayıb
# 27 iyun 2013 07:43 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 16 aprel, 1 və 7 may tarixində 94 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olaraq 1011 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqənin müsahibə mərhələsi bu gündən başlayır.

 

Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqə üzrə Komissiyada 6114 nəfər namizəd kimi qeydiyyatdan keçib.

 

Müsabiqənin test imtahanı mərhələsi iyunun 6-dan başlayıb. İyunun 27-nə kimi 2628 namizəd üçün test imtahanı keçirilib. Bunlardan 546 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 2082-i namizəddən 697 nəfəri (36,84%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 84,00%-ni gənc namizədlər təşkil edib.

 

Müsahibə zamanı namizədlərin şəxsi keyfiyyətləri, vakant vəzifənin tələbləri baxımından bacarıq və qabiliyyətləri qiymətləndirilir. Namizədlərin razılığı ilə onlarla aparılan müsahibələrdə video çəkiliş aparılır və müşahidəçilərin (beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının Komissiyada qeydiyyatdan keçən nümayəndələri) iştirakı təmin edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR