Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun sədri Gəncədə vətəndaşları qəbul edib - FOTO - VİDEO

Dövlət Sosial Müdafiə Fondunun sədri Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 10:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Gəncədə vətəndaşları qəbul edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gəncə şəhərindən və yaxınlıqdakı səkkiz rayondan olan 35 nəfərədək vətəndaşların müraciətlərinə baxılıb.

 

Müraciətlər əsasən pensiya təminatı, sosial sığorta stajının müəyyənləşdirliməsi, pensiyaların yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətinin sığorta stajına daxil edilməsi, əmək pensiyasının növünün dəyişdirilməsi ilə bağlı olub.

 

Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı fondun müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların fondun səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR