Bank Of Baku

Dövlətin mühafizə etdiyi mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiqi haqqında qərara dəyişiklik edilib

Dövlətin mühafizə etdiyi mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiqi haqqında qərara dəyişiklik edilib
# 11 aprel 2013 07:59 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti “Azərbaycan  Respublikası  ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə  görə  bölgüsünün  təsdiq  edilməsi  haqqında” qərarına dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” qanunun tətbiqi barədə ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə edilib.

 

Dəyişikliyə əsasən “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin “Xəzər rayonu” hissəsinin 523-cü bəndi çıxarılıb və Pirallahı rayonunun Çilov qəsəbəsinin şimal-şərqində yerləşən orta əsrlərə aid yaşayış yeri 554-1 inventar nömrəsi ilə əlavə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR