Bank Of Baku

DSMF-də Heydər Əliyevin yubileyi qeyd olunub - FOTO

DSMF-də Heydər Əliyevin yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 07 may 2013 12:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

 

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, ötən 20 il ərzində Azərbaycanda Heydər Əliyev ideyalarının uğurla reallaşdırılması nəticəsində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, icbari dövlət sosial sığortası və pensiya təminatı sistemində də effektiv və müasir avtomatlaşdırılmış idarəetmə sistemi formalaşıb.

 

S.Müslümov bildirib ki, yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı ilin 1 yanvarından sonra əldə olunan uğurların statistik göstəricilərinə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 5,1 dəfə artaraq 29,8 manatdan 152 manata, minimum məbləği 3,4 dəfə artaraq 25 manatdan 85 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 24,1%-dən 42,3%-ə çatdırılıb. Sosial sığorta haqqının dərəcəsinin 29%-dən 25%-ə endirildiyi şəraitdə DSMF-nin gəlirləri 4,4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığorta olunanların sayı 1 300 min nəfərdən 2 530 min nəfərə yüksəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR