Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 19-da saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34;
Sumqayıt şəhər şöbəsində (018) 652-15-15;
Qubadlı rayon şöbəsində (018) 654-41-37; (018) 654-41-08;
Qobustan rayon şöbəsində (020) 245-22-30;
Xızı rayon şöbəsində (023) 315-01-64.
Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb gətirilməsi təmin olunacaq.