Bank Of Baku

Dünən Bakıda havanın hərarəti iqlim normasından 3,2 dərəcə yüksək olub

Dünən Bakıda havanın hərarəti iqlim normasından 3,2 dərəcə yüksək olub
# 17 iyul 2013 08:40 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata əsasən, iyulun 16-da paytaxtda havanın temperaturu 36,1 dərəcə olub və bu da iqlim normasından 3,2 dərəcə yüksəkdir.

 

Havaların isti keçməsi ilə əlaqədar Bakı və Abşeron yarımadasında bu gün və sabah temperaturun iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur və rekord dərəcədə isti qeydə alınmayıb.

 

Qeyd edək ki, paytaxtda isti hava şəraiti iyulun 18-dək davam edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR