Bank Of Baku

Dünən keçirilən qəbul imtahanında 5 nəfər təcili yardıma müraciət edib

Dünən keçirilən qəbul imtahanında 5 nəfər təcili yardıma müraciət edib
# 29 iyul 2013 11:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən gün Bakıda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanı zamanı 5 nəfər təcili tibbi yardıma müraciət edib. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

 

O bildirib ki, həkimə müraciət edənlərdən 2 nəfər abituriyent, 2 nəfər valideyn, 1 nəfər isə nəzarətçi olub:  “Müraciətlər əsasən nevrotik reaksiyalar, stress, həyəcanla bağlı olub. Bu məsələ abituriyentlərin imtahan prosesinə ciddi ziyan törətməyib. Onlara ilkin yardım göstərilib və abituriyentlər imtahan zalına qayıdaraq işlərinə davam ediblər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR