Bank Of Baku

Dünən keçirilən qəbul imtahanları zamanı 3 abituriyentə təcili tibbi yardım göstərilib

Dünən keçirilən qəbul imtahanları zamanı 3 abituriyentə təcili tibbi yardım göstərilib
# 19 may 2014 07:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə ötən gün keçirilmiş qəbul imtahanları zamanı 3 abituriyent təcili tibbi yardıma müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, müraciətlər Bakının 244, 158 və 36 saylı məktəblərində imtahan verən abituriyentlər tərəfindən olub. Onun sözlərinə görə, onlarda imtahan öncəsi nevrotik reaksiya və təzyiqlə ilə bağlı müəyyən problemlər olub və imtahandan öncə təcili yardıma müraciət ediblər: “Həmin abituriyentlərə yerində ilkin tibbi yardım göstərilib və sonradan onlar rahat şəkildə imtahanda iştirak ediblər. Bu narahatçılıq onların qəbul imtahanı verməsinə heç bir maneə törətməyib”.

 

Z.Vahidova qeyd edib ki, Bakıda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi bütün məntəqələrə təcili yardım maşınları göndərilib. Onun sözlərinə görə, səhər saat 09:00-dan təcili yardım briqadaları 16 məntəqədə xidmət göstərib. Onlardan 15-i orta məktəb, 1-i isə Bakı Qızlar Universiteti olub.

 

Qeyd edək ki, mayın 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində ümumilikdə 34 binada təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR