Bakı. Könül Kamilqızı – APA. Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından yüksək olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib k, ötən gün paytaxtda hava şəraiti iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 21-də paytaxtda havanın temperaturu iqlim normasından 1,5 dərəcə yüksək olub.
A.Verdiyev qeyd edib ki, iyul ayından Azərbaycanda anomal istilər qeydə alınmayıb: “Belə ki, iyulun 16-da Bakı da ən maksimal temperatur 36,1 dərəcə, iyulun 17-də isə Mərkəzi Aran rayonunda 38 dərəcə, Qazıməmməddə isə 40 dərəcə təşkil edib. Bu ilin iyul ayında müşahidə olunan temperatur 2010-2011-ci illərdə qeydə alınan temperaturdan aşağıdır. Azərbaycanda iyul ayında ən yüksək temperaturlar həmin illərdə qeydə alınıb”.