Bank Of Baku

ƏƏSMN: İstehsalatda əlaqəli bədbəxt hadisələrin sayı 27% azalıb

ƏƏSMN: İstehsalatda əlaqəli bədbəxt hadisələrin sayı 27% azalıb
# 10 fevral 2014 11:14 (UTC +04:00)

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 13% azalmaqla ötən il 71 nəfər, xəsarət alanların sayı isə 24% azalmaqla 120 nəfər təşkil edib.

 

İstehsalat qəzalarının tikinti sektoruna aid göstəricilərində də azalma özünü göstərib. Belə ki, ötən il tikinti sektorunda 51 istehsalat qəzası baş verib və bu qəzalar nəticəsində 27 nəfər dünyasını dəyişib, 28 nəfər xəsarət alıb. Bu göstəricilər 2012-ci ildəki ilə müqayisədə müvafiq olaraq 3,7%, 25% və 48% azdır. Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR