Bank Of Baku

Əli Həsənov: “Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatlarının sayının 30-a enməsi normal haldır” - FOTO

Əli Həsənov: “Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatlarının sayının 30-a enməsi normal haldır” - <span style="color: red;">FOTO
# 21 fevral 2014 08:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Avropa zonasının direktoru Anitta Underlini qəbul edib.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Federasiya ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasındakı əməkdaşlığı, donorların dəstəyi ilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən layihələri yüksək dəyərləndirən Ə.Həsənov qeyd edib ki, son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dəstək məqsədilə Azərbaycanda 80-ə yaxın beynəlxalq humanitar yardım təşkilatı fəaliyyət göstərirdisə, bu gün ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatlarının sayının 30-a enməsi normal haldır: “Çünki Azərbaycanın getdikcə artan iqtisadi imkanları artıq bu problemin də həllini öz üzərinə götürməyə imkan yaradıb. Vaxtilə humanitar yardıma ciddi ehtiyacı olan Azərbaycan dövləti bu gün özü donor ölkə kimi çıxış edir”.

 

İşğalçı ölkənin qeyri-konstruktiv mövqe tutması nəticəsində Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmadığından, 90-cı illərdəki 1 milyondan çox qaçqın və məcburi köçkünün sayının bu gün 1 milyon 200 min nəfərə çatdığından təəssüfləndiyini bildirən Ə.Həsənov bütün bunları dünyada hökm sürən ədalətsizliklə, beynəlxalq güclərin və nüfuzlu təşkilatların münaqişənin həllinə ikili standartlarla yanaşmasının nəticəsi kimi dəyərləndirib.

 

Anitta Underlin 6 il əvvəl Azərbaycanda olduğunu və ötən müddət ərzində ölkəmizin yüksək dərəcədə inkişaf etdiyini söyləyib. O, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin onun təmsil etdiyi qurumla sıx əməkdaşlıq şəraitində fəaliyyətini yüksək dəyərləndirib, cəmiyyətin potensialını nəzərə alaraq əməkdaşlığı yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR