Bank Of Baku

Əli Hüseynli: “Azərbaycan cəza çəkən məhkumların say göstəricisinə görə Avropa ölkələri ilə bir sıradadır”

Əli Hüseynli: “Azərbaycan cəza çəkən məhkumların say göstəricisinə görə Avropa ölkələri ilə bir sıradadır”
# 07 may 2013 11:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda ölüm cəzasının sonuncu dəfə icrası 1992-93-cü illərdə həyata keçirilib: “Təəssüf ki, həmin vaxt heç bir amnistiya qərarı olmadan 700-ə yaxın ağır cinayət törətmiş şəxsin azadlığa buraxılması ilə yadda qalıb. Heydər Əliyev isə bu siyasəti elə balanslaşmış şəkildə həyata keçirdi ki, həm cinayətkarlığa qarşı mübarizə aparıldı, həm də cinayət törətmiş şəxslər azad olundu, nəticədə cəmiyyətdə sabitlik yarandı”.

 

Ə.Hüseynli deyib ki, Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub: “Artıq uzun illərdir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə nisbətən cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayıb, Şərqi Avropa və Avropa ölkələri ilə bir sıradadır. Bu amnistiya qərarından sonra 9 min nəfərə yaxın şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən 1/3-dir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR