Bank Of Baku

Əlil və şəhid ailələri üçün yeni yaşayış evləri tikilir

Əlil və şəhid ailələri üçün yeni yaşayış evləri tikilir
# 16 yanvar 2014 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün mənzil tikintisi işləri uğurla davam etdirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda qurumun sifarişi ilə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur.

 

Qeyd olunan yaşayış binalarının cari il ərzində əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR