Bank Of Baku

Elmi fəaliyyətlə məşğul olan gənclərə xüsusi güzəştlər tətbiq olunacaq

Elmi fəaliyyətlə məşğul olan gənclərə xüsusi güzəştlər tətbiq olunacaq
# 26 aprel 2013 13:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda elmi fəaliyyətə başlayan gənclər üçün xüsusi güzəştlər tətbiq olunacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni hazırlanan “Elm haqqında” qanun layihəsində bu haqda müddəalar nəzərdə tutulur.

 

Sənədə əsasən magistratura pilləsindən sonra istər təhsil aldığı ali təhsil müəssisəndə, istərsə də ölkə daxilindəki istənilən elmi-tədqiqat institutunda elmi fəaliyyətə başlayanlara bank xidmətləri və mənzil təminatında dövlət dəstəyi göstəriləcək. Layihəyə əsasən elmi fəaliyyətində işlədiyi mövzu ilə bağlı layihələr həyata keçirənlərə güzəştli və sərfəli qrantların verilməsi də təmin olunacaq.

 

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR