Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Ucarda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Ucarda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
# 20 fevral 2014 14:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva –APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun fevralın 21-də Ucar rayonunda keçirilməsi nəzərdə tutulan Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarından olan vətəndaşların qəbulunun tarixi dəyişdirilib.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, qəbul vaxtı fevralın 25-ə keçirilib. Qəbulda dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətlərində vətəndaşların müraciətlərinə baxılacaq, Komitənin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər Komitənin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR