Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
# 26 aprel 2013 11:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Gəncə və ətraf rayonlardan (Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Naftalan) olan vətəndaşları qəbul edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şikayətlər əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub.

 

K.Həsənov jurnalistlərə açıqlamasında qeyd edib ki, vətəndaşlar müxtəlif suallarla müraciətlər ediblər: “Bəzi müraciətləri yerindəcə həll etdik. Bir sıra müraciətlər isə araşdırma tələb edir. Bununla bağlı vətəndaşları yenidən dəvət etdik ki, onların işlərinə baxılsın. Bəzi müraciətlər sənəd çatışmazlığına görə idi. Biz qeydiyyat orqanı olduğumuza görə son sənədləşmə dövlət reyestr xidmətində aparılır. Sənədləşmə aparılana qədər müxtəlif təşkilatlardan, müxtəlif sahələrdən müvafiq sənədlər tələb olunur. Sənədlərin hansısa olmayanda və ya çatışmazlıqlar olanda biz son sənədi verməmək məcburiyyətində qalırıq”.

 

K.Həsənov bildirib ki, bəzi müraciətlər komitəyə aid olmasa da, qurumun mütəxəssisləri vətəndaşlara bu sahədə tövsiyələr veriblər.

 

Qeyd edək ki, günorta saatlarına kimi təxminən 40-a yaxın vətəndaşın şikayətləri dinlənilib. Qəbulun axşam saatlarına kimi davam edəcəyi gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR