Bank Of Baku

ETSN: Nazirin Ağcabədidə keçirdiyi qəbulla bağlı yayılan məlumat provokasiya xarakteri daşıyır

ETSN: Nazirin Ağcabədidə keçirdiyi qəbulla bağlı yayılan məlumat provokasiya xarakteri daşıyır
# 27 iyun 2013 07:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Hüseynqulu Bağırovun iyunun 12-də Ağcabədi rayonunda vətəndaşlarla keçirdiyi görüşlə bağlı yayılan yanlış məlumatla əlaqədar açıqlama yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yayılan məlumat heç bir əsasa söykənmir və provokasiya xarakteri daşıyır: “Çünki 13 gün əvvəl keçirilmiş görüş barəsində indi yalanların uydurulması, qərəzli şəkildə ETSN-nin adının hallandırılması yalnız bu cür qiymətləndirilməlidir”.

 

Qeyd edilir ki, sözügedən görüşdə istər iqtidar, istərsə də müxalifət yönümlü KİV nümayəndələri iştirak edib: “Əgər görüş zamanı qəbula gələnləri qane etməyən hansısa hadisə baş versəydi, qəbul prosesini izləyən jurnalistlər mütləq elə həmin vaxt bu barədə xəbər yayardı. Bu görüşdə əvvəlcədən qeydiyyatdan keçən 50 nəfərdən əlavə, ekologiya və təbii sərvətlər naziri görüşə yazılmayan daha 11 şəxsi qəbul edib ki, onların da əksəriyyətinin müraciətləri mülkiyyət hüquqları ilə bağlı olub. ETSN-ə heç bir aidiyyəti olmasa da, həmin şəxslərin müraciətləri dinlənilib, rayon icra hakimiyyətinin və torpaq komitəsinin nümayəndələri görüşə dəvət olunaraq bəzi şikayətlər yerindəcə həll edilib, digərlərinin isə ərizələri alınaraq aidiyyəti təşkilatlara göndərilməsi təmin olunub. Həmçinin qəbul zamanı müxalifət partiyalarından birinin üzvü Abbasov İsa Misir oğlunun da ETSN-yə aidiyyəti olmayan şəxsi xarakterli şikayəti diqqətlə dinlənilib və lazımi kömək göstərilməsi üçün müvafiq qurumlara müraciət olunub. Ona görə də bəyan edirik ki, kimlərinsə indi hansısa səbəblərdən gündəmə gətirdiyi məlumatlar uydurmadır. Görüş zamanı qəbul otağında və gözləmə zalında heç bir hadisə baş verməyib, qeydiyyatdan keçən və keçməyən bütün vətəndaşların müraciətlərinə qanuna müvafiq qaydada baxılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR