Bank Of Baku

ETSN Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb

ETSN Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb
# 26 iyul 2013 11:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 27-si gündüz, 28-də respublika ərazisində nisbətən isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, yalnız bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışların düşməsi ehtimal edilir. Yay dövrü üçün münasib olan normal isti temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması, inkişafı və məhsulun yetişməsi üçün əlverişli olacaq, xüsusən, bostanlarda, üzüm və meyvə bağlarında. Gözlənilən hava şəraiti tarlalarda və bağlarda aqrotexniki işlərin görülməsi və bağ-bostanlarda məhsulun yığımı üçün əlverişli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR