Bank Of Baku

Gələcək illərdə ölkədə milli qiymətləndirmə sistemi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasən həyata keçiriləcək

Gələcək illərdə ölkədə milli qiymətləndirmə sistemi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasən həyata keçiriləcək
# 07 may 2013 10:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında təhsilin bütün istiqamətləri üzrə inkişaf perspektivləri öz əksini tapıb. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qurumda bu gün keçirilən tədbirdə bildirib. Komissiya sədri qeyd edib ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün yeni konsepsiyada stimullaşdırıcı mexanizmlərin yaradılması, ölkədə 12 illik təhsilə keçid nəzərdə tutulub: “Bundan irəli gələrək təhsil proqramlarının dəyişilməsi, dərsliklərin müasir tələblər baxımından hazırlanması, tədrisi ləngidən mövcud yaddaş məktəbindən təfəkkür məktəbinə keçid üçün xüsusi işlərin görülməsi yeni konsepsiyada əks olunub. Bunun üçün ölkədə ənənəvi iqtisadiyyatları bilik iqtisadiyyatına keçidin əsası qoyulmalı və önəmli olan insan kapitalın adekvat olaraq ön plana çəkilməlidir”.

 

M. Abbaszadə qeyd edib ki, ölkədə milli qiymətləndirmə sistemi də öz fəaliyyətini İnkişaf Konsepsiyasında öz əksini tapan həmin vəzifələrin həyata keçirilməsi üzərində quracaq. Onun sözlərinə görə, göstərilən yeniliklərə təhsilə cavabdeh olan müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq nəticəsində nail olmaq olar: “İnanıram ki, artıq 10 ildən sonra ölkədə ümumtəhsil sistemi inkişaf etmiş ölkələrin təhsil sistemi sırasında olacaq və qarşıya qoyulan məqsədlərin bir çoxu əldə ediləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR