Bank Of Baku

Gələn həftədən ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşəcək

Gələn həftədən ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşəcək
# 27 iyul 2013 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Yaxın 3 gün ərzində Azərbaycan ərazisində gözlənilən hava şəraitinə dair proqnozlar açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, bu gün ölkə ərazisində külək ötən günlərə nisbətən mülayimləşəcək, Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu 28-33 dərəcə təşkil edəcək.

 

A. Verdiyev qeyd edib ki, iyulun 28-29-da ölkə ərazisində küləkli və sərin hava şəraiti müşahidə olunacaq, güclü şimal-qərb küləyi əsəcək. İyulun 29-dan etibarən ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşəcək. Temperatur bu günlərlə müqayisədə 2-3 dərəcə aşağı enəcək. Bu günlərdə Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə isti müşahidə olunursa, iyulun 29-da havanın temperaturu 26-31 dərəcə olacaq. Rayonlarda da küləkli və yağışlı hava şəraiti müşahidə ediləcək. Belə küləkli və yağışlı hava şəraiti iyulun 31-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR