Bank Of Baku

Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacaq

Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacaq
# 15 may 2014 09:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacaq.

 

APA-nın xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, bu barədə 2 il öncə elan verilib. Onun sözlərinə görə, 2015-ci ildə həm IX, həm də XI siniflər üzrə  buraxılış imtahanlarında 1 fənn artırılacaq: “Gələn il buraxılış imtahanında IX sinifdə oxuyan məzunlar üçün əlavə olaraq “Azərbaycan tarixi”,  XI sinif məzunları üçünsə 2 fənn - “Kimya” və “Azərbaycan tarixi” əlavə edilib. Amma XI sinif məzunları üçün fənlər seçim əsasında olacaq. Belə ki, kimsə “Kimya”nı, kimsə “Azərbaycan tarixi”ni seçə biləcək. Bu layihə üzrə ekspertlər arasında və Təhsil Nazirliyi ilə razılaşma aparılıb. Amma hüquqi qaydalarla hələ dəyişməyib. Burada hüquqi prosedurlar var və biz Ədliyyə Nazirliyi və digər müvafiq qurumlara məlumat verəcəyik. Amma artıq ekspertlər və Təhsil Nazirliyi ilə razılaşma olub”.

 

M. Abbaszadə qeyd edib ki, digər yeniliyə əsasən gələn ildən Azərbaycanda 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq yeni mexanizm 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı tətbiq edilir: “İmtahanlardan sonra mexanizmin nəticələrinə baxılacaq və bu il tətbiq edilən mexanizm təkmilləşdiriləcək. Bundan sonra gələn ildən XI sinifdən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu mexanizmə əsasən həyata keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR