Bank Of Baku

Gələn ildən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq

Gələn ildən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq
# 07 fevral 2013 14:06 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Gələn ildən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq. Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov deyib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq ötən il Dövlət Sosial Müdafiə Fondunda və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot layihə həyata keçirilib. Bu məlumatlar ümumiləşdirildikdən sonra mövcud layihə təkmilləşdiriləcək və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” 2012-ci ilin sonuna qədər təsdiq olunaraq qeydiyyatdan keçiriləcək. Növbəti ildən bu qaydaların tətbiqinə başlanacaq.

 

Qaydalar təsdiq olunduqdan sonra hər il ölkədə dövlət qulluqçularının qiymətləndirilməsi həyata keçiriləcək: “Qiymətlənirdmədən keçməyən dövlət qulluqçusunun xidməti fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulacaq. Növbəti dəfə də həmin şəxs qiymətləndirmədən keçməzsə, onun dövlət qulluğuna xitam veriləcək. Layihədə belə nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR