Bank Of Baku

Gəncədə “Müasir şəraitdə şəhərin inkişaf istiqamətləri və imkanları” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib

Gəncədə “Müasir şəraitdə şəhərin inkişaf istiqamətləri və imkanları” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib
# 25 iyul 2013 12:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Gəncədə qərb bölgəsində yerləşən rayonların icra hakimiyyəti başçılarının müavinləri, baş memarları, bələdiyyə sədrlərinin və bir neçə xarici ölkədən gələn qonaqların iştirakı ilə elmi praktik konfrans keçirilib. Tədbirdə “Şəhərsalma və tikinti məcəlləsinin mahiyyəti və əsas vəzifələri”, ”Məhsuldar qüvvələrin ərazi təşkili və şəhərlərin inkişaf konsepsiyası”, “Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi tikililərin regional planlaşdırma sxemi” və s mövzularda çıxışlar olub. Həmçinin Belarus, Moldova və Tatarıstandan gələn qonaqların məruzələri də dinlənilib. Dövlət şəhərsalma və arxitektura komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, elmi praktik konfrans şəhərsalma sahəsində cəmiyyətin açıq hökumətlə əlaqəsinin bir başlanğıc forması kimi atılan ilk addımıdır.

 

C. Qocayev bildirib ki, elmi praktik konfranslar zamanı beynəlxalq təcrübə barədə məlumatlar əldə edilir. Lakin buna baxmayaraq müsahib ərazi planlaşdırılması sahəsində bəzi xarici ölkələrin mütəxəssislərinin Azərbaycandan öyrəndiyini bildirib.

 

Tədbirdə şəhərlərin baş planlarının hazırlanması məsələsinə də toxunulub. Məlumata görə, hazırda respublikada 32-ci şəhərin baş planı hazırlanır. Onlardan 22-də işlər tam yekunlaşıb. Cavanşir Qocayev Gəncənin baş planının da sona çatmaq üzrə olduğunu və yaxın vaxtlarda təsdiqə veriləcəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR