Bank Of Baku

Gəncədə Böyük Vətən Müharibəsində qazanılan qələbənin 69-cu ildönümü qeyd edilib - FOTO

Gəncədə Böyük Vətən Müharibəsində qazanılan qələbənin 69-cu ildönümü qeyd edilib - <span style="color: red;">FOTO
# 09 may 2014 14:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Bu gün Gəncədə də Böyük Vətən Müharibəsində qazanılan qələbənin 69-cu ildönümü qeyd edilib.

 

APA-nın məlumatına görə, yerli veteranlar və şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun abidəsi ətrafına toplaşaraq bayramı qeyd ediblər.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev veteranlarla görüşüb. Onların problemləri ilə maraqlanan icra başçısı bildirib ki, Azərbaycan dövləti daim Böyük Vətən Müharibəsi iştirakçılarına qayğı göstərir.

 

Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə şagirdlərin iştirakı ilə hərbi parad keçirilib.  

 

Qeyd edək ki, Gəncədə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı azalıb. Gəncə şəhər Veteranlar Şurasının sədri Tofiq Paşayev APA-nın qərb bürosuna açıqlamasında bildirib ki, ötən il 51 nəfər alman faşizmi üzərində qələbənin 68 illiyini qeyd edirdisə, də bu il onların sayı 45-ə enib.

 

T. Paşayevin bildirdiyinə görə, ən yaşlı müharibə iştirakçısı elə özüdür. 92 yaşında olduğunu deyən veteran qeyd edib ki, Gəncədə 322 nəfər Böyük Vətən Müharibəsi iştirakçılarının həyat yoldaşları yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR