Bank Of Baku

Gəncədə əmək yarmarkası keçirilib

Gəncədə əmək yarmarkası keçirilib
# 26 aprel 2013 16:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Əmək  və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti tərəfindən Gəncədə keçirilən əmək yarmarkasına 514 boş iş yeri çıxarılıb.

 

Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru Abil Tağıyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, cari ilin ilk əmək yarmarkası əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğun səviyyəsinin artırılması ilə bağlı təşkil olunub.

 

O qeyd edib ki, yarmarkaya 64 müəssisə tərəfindən 514 boş iş yeri çıxarılıb, bunun da 258-i dövlət, 256-sı isə özəl müəssisələrə aiddir. Təklif olunan iş yerlərinin 272-si fəhlə, 157-si qulluqçu, 85-i isə xidmət sektoruna aiddir.

 

Yarmarkada təklif olunan əmək haqqı 100-632 manat civarında dəyişib. Müraciətçilər arasında gənclər üstünlük təşkil edib. Yarmarkada işaxtaranların sayı 1 200-dən artıq olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR