Bank Of Baku

Gəncədə Hemodializ Mərkəzi istifadəyə verilib

Gəncədə Hemodializ Mərkəzi istifadəyə verilib
# 09 fevral 2013 13:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yeni Hemodializ Mərkəzinin açılışı olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, müasir tibbi avadanlıqlarla təmin edilən mərkəz Abbas Səhhət adına xəstəxananın nəzdində fəaliyyət göstərəcək.

 

Açılış mərasimində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev və xəstəxananın həkimləri iştirak ediblər.

 

G.Poladov çıxışında bildirib ki, artıq qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzindən səmərəli istifadə edə biləcəklər. Burada 40 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şəraitlər yaradılıb. Mərkəzin otaqları yumşaq inventar, lazım olan tibbi avadanlıqlarla təmin edilib. Mərkəzdə ayda orta hesabla təqribən 250 xəstə dializ olunacaq. Hazırda Gəncədə  bu kateqoriyadan olan 121xəstə var.

 

Qeyd edək ki, hazırda Azərbaycan 2018 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR