Bank Of Baku

Gəncədə suvenir mağazaları yaradılır

Gəncədə suvenir mağazaları yaradılır
# 11 fevral 2014 07:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin tarixini əks etdirən əşyaların satılacağı suvenir mağazaları fəaliyyət göstərəcək. APA-nın qərb bürosunun məlumatına görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. O bildirib ki, Gəncədə fəaliyyət göstərən muzeylərin yaxınlığında yerləşəcək mağazalarda şəhərin tarixini və mədəniyyətini özündə əks etdirən suvenirlər satılacaq: “Suvenir mağazalarına şəhərdə ehtiyac var. Şəhərə gələn turistlər Gəncədən xatirə kimi istədikləri suvenirləri ala biləcəklər. Hazırda 60 çeşid suvenir var. Bu sayın daha da artırılması nəzərdə tutulur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR