Bank Of Baku

Gənclər Fondu Heydər Əliyevin fotoportretlərini “Azadlıq prospekti” stansiyası boyunca yerləşdirib - FOTO

Gənclər Fondu Heydər Əliyevin fotoportretlərini “Azadlıq prospekti” stansiyası boyunca yerləşdirib - <span style="color: red;">FOTO
# 23 iyul 2013 10:59 (UTC +04:00)

Bakı-APA. Ölkəmizin müasir inkişafının ən mühüm mərhələləri olan Heydər Əliyevin 1969-1982-ci və müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin öyrənilməsi və təbliği gənc nəslin maariflənməsi və layiqli vətəndaş kimi yetişməsi üçün böyük əhəmiyyətə malikdir. APA-nın məlumatına görə, bunu nəzərə alan Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Heydər Əliyevin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərindən ibarət portretləri metronun “Azadlıq prospekti” stansiyasında divar boyunca yerləşdirib.

 

Hər bir portretin altında Heydər Əliyevin müxtəlif dövrlərdə gənclərə xitabən söylədiyi nəsihətamiz fikirlərdən sitatlar da əks olunub. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən və Heydər Əliyevin zəngin həyat təcrübəsindən qaynaqlanan nəsihətlərlə birlikdə hazırlanmış portretlər hər gün böyük izdihamın yaşandığı metrostansiyada vətəndaşlar tərəfindən xüsusi maraqla qarşılanmaqdadır.

Aksiya hal-hazırda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR