Bank Of Baku

Gənclər və idman naziri: “Azərbaycanda gənclər təşkilatlarının sayı 250-ni keçib”

Gənclər və idman naziri: “Azərbaycanda gənclər təşkilatlarının sayı 250-ni keçib”
# 08 may 2014 08:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə İş üzrə İctimai Şuranın “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda iclası keçirilib.

 

APA-nın verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov deyib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti nəticəsində gənclər Azərbaycanda layiqli yer tutub.

 

A.Rəhimov bildirib ki, 10 il əvvəl Azərbaycanda 51 gənclər təşkilatı olubsa, bu gün onların sayı 250-ni keçib. Onun sözlərinə görə, prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda fəal iştirakını zəruri sayır ki, bu da gənclərə diqqətin daha da artacağından xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR