Bank Of Baku

Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün "Gənclərin ön plana çəkilməsi, monitorinq və qiymətləndirmə” mövzusunda təlim keçirilib

Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün "Gənclərin ön plana çəkilməsi, monitorinq və qiymətləndirmə” mövzusunda təlim keçirilib
# 11 aprel 2013 07:55 (UTC +04:00)

Bakı-APA. Gənclər və İdman Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə birgə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün "Gənclərin ön plana çəkilməsi, monitorinq və qiymətləndirmə” mövzusunda təlim keçirilib.

 

APA-nın məlumatına görə, təlim zamanı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üçün 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda tətbiq olunması məqsədilə Layihə çərçivəsində hazırlanmış “Dövlət siyasəti və proqramlarında gənclərin önə çəkilməsi üzrə analitik metodologiya”nın ilkin layihəsi barədə iştirakçılara geniş məlumat verilib və layihə barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunan metodologiya layihəsinin hazırlanmasında məqsəd müxtəlif dövlət proqramları və milli siyasətin hazırlanması, icrası və qiymətləndirilməsi zamanı gənclərin ehtiyac və töhfələrinin nəzərə alınması, dövlət qurumlarının gənclərin iştirakı və önə çəkilməsi ilə bağlı mexanizmlərinin daha da gücləndirilməsi, həmçinin gənclərin önə çəkilməsinin təbliğ edilməsi və bu sahədə bilik və bacarıqların möhkəmləndirilməsindən ibarətdir.

 

Tədbirin təlimçiləri, müvafiq sahə üzrə ekspertlər Orxan Ərəbov və Nadir Quluzadə tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi və layihənin gənclərin önə çəkilməsində rolu, “Gənclərin önə çəkilməsi prosesində monitorinq və qiymətləndirmənin rolu”  mövzularında təqdimatlar keçirilib.

 

Təlim zamanı  qeyd olunan məsələlər ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv  müzakirələr təşkil olunub.

 

Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR