Bank Of Baku

Gömrük Komitəsi: Azərbaycana xaricdən qanunsuz yolla soyuq silahların gətirilməsi cəhdləri artıb - FOTO

Gömrük Komitəsi: Azərbaycana xaricdən qanunsuz yolla soyuq silahların gətirilməsi cəhdləri artıb - <span style="color: red;">FOTO
# 29 iyul 2013 12:26 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, son vaxtlar bir sıra şəxslər, xüsusilə gənclər tərəfindən xarici ölkələrdən beşbarmaqların və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhdlər intensivləşib: «Bu cür hallar üzrə  gömrük orqanları tərəfindən 200-dən çox fakt aşkar olunub, hüquqpozma törədənlərdən yüzlərlə belə əşyalar: beşbarmaqlar, qeyri-standart formada hazırlanan xəncərlər, süngülər, bıçaq və bıçağa oxşar əşyalar, pnevmatik və qaz silahları, dəyənəklər, qandallar, habelə mülki dövriyyəsi qadağan olunan digər əşyalar götürülüb. Belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında bu əşyaları «suvenir» və ya «xatirə hədiyyəsi» kimi gətirdiklərini iddia edərək məsuliyyətdən yayınmağa çalışırlar».

 

Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR