Bank Of Baku

Həsən Bəy Zərdabinin ev-muzeyi yenidən qurulur

Həsən Bəy Zərdabinin ev-muzeyi yenidən qurulur
# 08 fevral 2013 11:34 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi, böyük maarifpərvər Həsən bəy Zərdabinin Zərdab şəhərindəki ev-muzeyində əsaslı təmir və bədii tərtibat işlərinə başlanılıb.  Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, yenidənqurma işləri Prezident İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" (2012-ci il 4 iyun) və "Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında" (2012-ci il 19 iyul) sərəncamlarına əsasən aparılır.

 

Əsaslı təmir və bədii tərtibat işlərini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış ixtisaslaşmış briqada görür. Muzey zəruri avadanlıqla təchiz olunacaq, ekspozisiyalarla zənginləşdiriləcək, ərazi abadlaşdırılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR