Bank Of Baku

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elan olunan beynəlxalq yazı müsabiqəsi yekunlaşıb

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elan olunan beynəlxalq yazı müsabiqəsi yekunlaşıb
# 24 aprel 2013 10:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sabiq prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan etdiyi beynəlxalq yazı müsabiqəsi yekunlaşıb. Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib.

 

Fevralın 15-də elan edilmiş, Azərbaycanın Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyadakı səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinə çatdırılmış müsabiqə xəbəri böyük maraq doğurub. Müsabiqə Heydər Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində ulu öndərin rolu mövzularını əhatə edib.

 

Hazırda müsabiqəyə daxil olmuş məqalələr Müsabiqə Komissiyası tərəfindən qiymətləndirmə mərhələsindədir.

 

Qaliblərin mükafatlandırılması mayın 7-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR