Bank Of Baku

Hicran Hüseynova: “Ailə, qadın və uşaq problemlərinin həllinə dair hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atırıq”

Hicran Hüseynova: “Ailə, qadın və uşaq problemlərinin həllinə dair hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atırıq”
# 06 fevral 2013 16:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 7 yaşı tamam olur. APA-nın xəbərinə görə, qurumun sədri Hicran Hüseynova bu münasibətlə verdiyi açıqlamada görülən işlər və qarşıda duran problemlər barədə ətraflı məlumat verib. O bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemlərinin həlli, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müntəzəm olaraq önəmli addımlar atır: “Ailə Məcəlləsinə edilən dəyişikliklərdə qızlar üçün nikaha daxil olma yaşının 17 yaşdan 18 yaşa qaldırılması və qadını nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyətinin  müəyyən edilməsi ilə bağlı müddəalar təsbitini tapıb. Ötən dövr ərzində əldə edilən ciddi uğurlardan biri uşaq və qadın qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətli dərəcədə artırılması, onların problemlərinin həlli prosesinə fəal surətdə cəlb edilməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR