Bank Of Baku

Hicran Hüseynova: “Gələcəkdə “Ailə psixoloqu” institutunun hazırlanması nəzərdə tutulur”

Hicran Hüseynova: “Gələcəkdə “Ailə psixoloqu” institutunun hazırlanması nəzərdə tutulur”
# 15 may 2014 09:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Hazırda Azərbaycanda 2 milyon ailə var. Hər il orta hesabla ölkədə səksən mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır".

 

APA-nın məlumatına görə bunu Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib.

 

Komitə sədri deyib ki, ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsi, məişət zorakılığının aradan qaldırılması, valideyn məsuliyyətinin artırılması əsas vəzifələrdəndir: “Bu görülən işlərin davam etdirilməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Həmin Konsepsiyaya əsasən “Azərbaycan ailəsi Strategiyaası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Milli Fəaliyyət Planının, “Uşaq Strategiyası”nın, “Ailə psixoloqu” institutunun hazırlanması nəzərdə tutulur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR