Bank Of Baku

I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş 40 abituriyentin nəticəsi ləğv edilib - APA TV

I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş 40 abituriyentin nəticəsi ləğv edilib - <span style="color: red;">APA TV
# 22 iyul 2013 13:14 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 69 imtahan mərkəzində aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.

 

İlkin məlumatlara əsasən müxtəlif binalarda 40 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə yol verdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR