Bank Of Baku

I ixtisas qrupu üzrə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb

I ixtisas qrupu üzrə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb
# 23 iyul 2013 15:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 35519 abituriyentlərdən 40 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə isə 695 bal olub.

 

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, bütün qruplar üzrə qəbul imtahanı başa çatdıqdan sonra ixtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR