Bank Of Baku

İdarə rəisi: “İçərişəhərdə əsas problemlərdən biri binaların qəzalı vəziyyətdə olmasıdır”

İdarə rəisi: “İçərişəhərdə əsas problemlərdən biri binaların qəzalı vəziyyətdə olmasıdır”
# 17 aprel 2014 11:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün İçərişəhərdə mövcud olan əsas problemlərdən biri binaların qəzalı vəziyyətdə olmasıdır. APA-nın xəbərinə görə, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş, "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda konfransda çıxışı zamanı deyib ki, “Abidələrin və tarixi yerlərin qorunması” haqqında Dövlət Proqramında da abidələrin qorunması üçün yeni üsulların tapılması ilə bağlı ayrıca bənd var: “Yeni texnologiyalarla, xarici mütəxəssislərlə, şirkətlərlə işləyərək abidəyə xələl gətirmədən onların işlənməsi və köçürülməsi aparılmalıdır. Keçmiş Basin küçəsində tarixi binanın çəkilməsinə baxdıqda bu işlər çox sadə bir texnologiya kimi görünürdü. Amma bu gün yerli şirkətlər hələ də bunu bacarmır. Biz də məcburuq ki, daha çox vəsait xərcləyək və xarici mütəxəssislər gətirək. Yeri mütəxəssislərin bu işlərə qoşulması və məlumatların mənimsənilməsi çox vacibdir. Çünki abidələr getdikcə köhnəlir. Bəzi abidələr var ki, onların heç təməli yoxdur. Biz necə edək ki, abidələrin qəzalı vəziyyətini aradan götürək, amma onun özünə heç nə olmasın? Bu, sosial məsələdir. Çünki orada insanlar da yaşayır. Sabah hansısa bədbəxt hadisə baş verə bilər. Düzdür, İçərişəhərdə qəzalı vəziyyətlə bağlı mütəmadi monitorinqlər keçirilir. Amma mütəxəssislərə müraciət etdikdə bəzi problemlər yaranır və bunlar da aradan götürülməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR