Bank Of Baku

İmişli Şəkər Zavodunda Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib - FOTO

İmişli Şəkər Zavodunda Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2013 12:26 (UTC +04:00)

Bakı - APA-Economics. «Azersun Holding»də Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının icrasına uyğun olaraq mayın 7-də İmişli Şəkər Zavodunda iştirakı ilə anım tədbiri keçirilib.

 

«APA-Economics»in məlumatına görə, tədbir iştirakçıları İmişli şəhərinin mərkəzində Heydər Əliyevin heykəlini, yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

 

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Millət vəkili Çingiz Qənizadə, «Azərsun Holdinq»in baş direktoru Ahmet Yeman və digər natiqlər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətin qarşısında misilsiz fəaliyyəti, ölkədə milli sahibkarlığın inkişafında xidmətləri, onun müstəqilliyin qarantı kimi dövlətin davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış ediblər.

 

Qeyd olunub ki, bütün respublikada olduğu kimi, İmişlidə də həyata keçirilən tikinti-quruculuq işləri, yeni iş yerlərinin açılması və xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu sahədə «Azersun Holding»in də fəaliyyəti yüksək qiymətləndirilib.

 

Bayram münasibətilə 600 İmişli sakininə «Azersun Holding»in istehsalı olan məhsullardan ibarət bayram sovqatı hədiyyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR