Bank Of Baku

İndoneziya neft, hotel və tikinti sahələrində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

İndoneziya neft, hotel və tikinti sahələrində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir
# 25 aprel 2013 13:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin konfransının məqsədi xalqların rifahını yüksəltmək, işçi qüvvəsinin sağlamlığını və müdafiəsini təmin etmək, üzv ölkələrdə işsizlik səviyyəsini azaltmaq və hər ölkədən bir nümunə götürməkdən ibarətdir”. APA-nın məlumatına görə, bunu İndoneziyanın işçi qüvvə və transmiqrasiya naziri Muhaimin İsgəndər deyib.

 

Tədbir çərçivəsində bir sıra əcnəbi nazirləri ilə görüşdüyünü deyən nazir əlavə edib ki, və bu gün Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli əməkdaşlığı, İndoneziyanın neft, hotel və tikinti sahələrində çalışan işçilərinin Azərbaycanda işlə təmin edilməsi və sosial müdafiəsi məsələləri müzakirə etmək niyyətindədir. M.İsgəndər həmçinin qeyd edib ki, İndoneziyada azərbaycanlı işçilər olmasa da, Azərbaycanda 50-yə yaxın indoneziyalı işçi çalışır: “Onlar əsasən neft sahəsində, otellərin SPA xidmətlərində, bank sahəsində işləyirlər”.

 

Nazir İndoneziyada Azərbaycan tərəfindən tikiləcək neft emalı zavodundan da söz açıb: “Tikintiyə Azərbaycandan olan işçilərin cəlb edilməsi mümkündür, lakin müəssisədə əsasən yerli işçi qüvvəsi çalışacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR