Bank Of Baku

İqtisadi inkişaf naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

İqtisadi inkişaf naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
# 20 avqust 2013 12:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 23-də İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 598-95-10, 493-88-67  (21-42), (050) 359-35-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Qumru Əsgərova), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi (Ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu:(02026)5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

 

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR